İdman

"Real" Yoviçi transfer etdi - 60 milyon avro

4 May 2019 10:29
0 Şərh     Baxış: 1 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari mövsümdə qatıldığı bütün turnirlərdə uğursuz çıxış edən "Real" ikinci transferini reallaşdırıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bundan əvvəl "Portu"dan Eder Militaonun transferini açıqlayan "Kral Klubu" Frankfurt "Ayntraxt"ından Luka Yoviçi keçidini həll edib. Bu barədə kluba yaxınlığı ilə tanınan AS qəzeti məlumat yayıb. 

Məlumatda bildirilir ki, "Real" 21 yaşlı serb futbolçu üçün 60 milyon avro ödəyəcək. "Ayntraxt"la "Benfika" arasındakı anlaşmaya əsasən bu məbləğin 12 milyon avrosu Portuqaliya klubuna çatacaq.

"Real" Yoviçlə 6 illik müqavilə imzalayacaq. 

Qeyd edək ki, 21 yaşlı hücumçu bu mövsüm Almaniya klubunun heyətində 44 oyun keçirərək 26 qol vurub və 7 məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.