İdman

Azərbaycanlı atlet beynəlxalq yarışda birinci oldu - VİDEO

4 May 2019 07:35
4 Şərh     Baxış: 1 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəni təmsil edən Azərbaycan əsilli atlet Ramil Quliyev Qətərin paytaxtı Dohada keçirilən "Brilyant Liqa"da ("Diamond League") qalib gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, dünya və Avropa çempionu Ramil Quliyev kişilər arasında 200 metrlik məsafəyə qaçışda birinci olub. O, yarışı 19.99 saniyəyə bitirib.

28 yaşlı idmançı bu qələbəsi ilə Tokio 2020 Yay Olimpiya Oyunlarında iştirak etmək şansı qazanıb.

Qeyd edək ki, Ramil Quliyev 200 metr məsafəyə qaçış yarışlarında dünyanın ən güclü ağdərili idmançısı hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.