İdman

Meksikalı boksçu 36 dəqiqədə 35 milyon dollar qazanacaq

3 May 2019 19:24
0 Şərh     Baxış: 1 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Nevada ştatına bağlı Las-Veqas şəhərində keçiriləcək WBC-WBA-IBF orta çəki (72.5 kq) dərəcə birləşdirmə matçı iki çempionu qarşı-qarşıya gətirəcək.

Milli.Az xəbər verir ki, bu bazar (4 may) səhəri 06:00-da meksikalı Saul Alvares və amerikalı Deniyel Ceykobs mübarizə aparacaq.

Saul Alvares ən çox 36 dəqiqə davam edəcək 12 raundluq bu qarşılaşmadan əldə edəcəyi gəlir minimum 35 milyon dollar (təxminən 59 milyon manat) olacaq.

Qeyd edək ki, 20 min nəfərlik "T-Mobile Arena"da keçiriləcək görüşün biletləri rəsmi satış qurumlarında 105-1505 dollar arassında satışa çıxarılıb.

Əliş Abdulla
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.