İdman

Paulo Dibala uğrunda "El Klasiko"

3 May 2019 18:39
0 Şərh     Baxış: 1 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ronaldunun gəlişindən sonra "Yuventus"dakı liderlik rolu əlindən alınan Paulo Dibala satılacaq futbolçular siyahısına əlavə edilib.

Milli.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, 80 milyon avro qiymət qoyulan Dibala üçün İspaniya nəhəngləri "Barselona" və "Real Madrid" yarışa girib.

Son zamanlar komandada xoşbəxt ola bilməyən argentinalı hücumçu üçün bu xəbər ürəkaçan olub.

Qeyd edək ki, Paolunun performansında da geriləmə müşahidə olunur. Futbolçu ötən mövsüm 45 oyunda 24 qol, 5 asistlə yadda qalmışdısa, cari mövsüm həmin göstərici 38 oyunda 10 qol, 4 asistə bərabər olub.

Əliş Abdulla
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.