İdman

İrina Şeykin Ronaldudan ayrılmasının səbəbi açıqlandı

3 May 2019 18:24
2 Şərh     Baxış: 1 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aralarındakı münasibətlə bir dönəmə damğa vuran ulduz futbolçu Kriştianu Ronaldu və model İrina Şeyklə bağlı olay yaradan iddia gündəmə gəlib.

Milli.Az xəbər verir ki, rus aktrisa və televiziya aparcısı Viktoriya Bonya öz verilişində Ronaldunun rus gözəl İrina ilə münasibətinin reklam məqsədli olduğunu deyib.

Bonya "İrina ilə Ronaldu 5 illik müqavilə imzalayıb. Müqavilə bitdiyi zaman isə ayrıldılar. İndiki qadınlar hər şeyi etməyə hazırdılar. Ronaldunun indiki sevgilisi də bildiyim qədərilə müqaviləlidir. Mən belə bir şeyi heç vaxt edə bilmərəm. Gerçək bir ailə və gerçək bir həyat yoldaşı istərdim" sözlərini dilə gətirib.

"Yuventus"da forma geyən portuqaliyalı superulduz Ronaldu hal-hazırda Jorjina Rodriqes ilə birlikdədir.

Gözəl model İrina Şeyk isə məşhur aktyor Bredli Kuper ilə münasibət yaşayır və cütlüyün bir övladı da var.

Əliş Abdulla
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.