İdman

"Qalatasaray"da derbi öncəsi ciddi itki

3 May 2019 18:29
0 Şərh     Baxış: 1 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray"ın 31 yaşlı forvardı Konstantinos Mitroğlu komandanın "Beşiktaş"la derbi öncəsi keçirdiyi məşqi zamanı zədələnib.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyunçunun vəziyyəti yoxlamalardan sonra bəlli olacaq.

Klub məsələ ilə bağlı rəsmi açıqlama verib: "Məşqdə sol üst əzələ qrupunda ağrı hiss edən Konstantinos Mitroğlunun müalicəsinə başlanıb. Futbolçumuzun son vəziyyəti aparılacaq testlərin ardından bəlli olacaq".

Qeyd edək ki, bazar günü "Qalatasaray" "Türk Telekom" stadionunda "Beşiktaş"ı qəbul edəcək.

Əliş Abdulla
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.