İdman

Mbappeyə 3 oyunluq cəza verildi

3 May 2019 18:19
0 Şərh     Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin hücumçusu Kilian Mbappe cəzalandırılıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, Fransa Futbol Federasiyasının Nizam-İntizam Komitəsi gənc forvardı 3 oyunluq diskvalifikasiya edib.

Buna səbəb Mbappenin Fransa kubokunun "Renn"lə final qarşılaşmasında rəqib futbolçunun ayağına qəsdən zərbə vurması olub. Cəza daxili yarışların hamısına şamil edildiyindən, Mbappe çempionat oyunlarını da buraxmalı olacaq.

NİK eyni zamanda Neymarın həmin görüşdən sonra azarkeşə yumruq atmasını da araşdıracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.