İdman

"Messi Ronaldu üçün yaxşı stimuldur" - Alleqri

3 May 2019 09:59
0 Şərh     Baxış: 1 269
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri futbolçusu Kriştianu Ronaldu haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçunun A seriyasının ən yaxşı bombardiri olmaq istədiyini deyib: "Messi Ronaldo üçün yaxşı stimuldur. Bizi qarşıda derbi gözləyir. Messi klubu üçün 600-cü qolunu vurdu. Ronaldo da öz qol göstəricisini yaxşılaşdırmağa çalışacaq. O, A seriyasının ən yaxşı bombardiri olmaq istəyir".

Qeyd edək ki, Ronaldu bu mövsüm ölkə çempionatında indiyə kimi 20 qol vurub. Hazırda A seriyasında bombardirlər siyahısında ilk pillədə "Sampdoriya"nın hücumusu Fabio Kvalyarelladır (23 qol).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.