İdman

Ulduz futbolçu üçün mövsüm bitdi

2 May 2019 11:59
0 Şərh     Baxış: 1 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Premyer Liqada uğursuz mövsüm keçirən "Mançester Yunayted" daha bir zərbə alıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" hücumçu Romelu Lukakunun xidmətindən məhrum qalıb.

Belə ki, Belçika millisinin forvardı "Çelsi" ilə XXXVI tur oyununda (1:1) zədələnib. Tibbi müayinədən sonra durumun ciddi olduğu aşkarlanıb və Lukakunun mövsümü başa vurduğu açıqlanıb. O, "Haddersfild" və "Kardiff"lə son iki matçda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Romelu Lukaku bu mövsüm 32 çempionat oyununda 12 qola imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.