İdman

Almaniyalı qapıçı karyerasını başa vurdu

1 May 2019 19:10
0 Şərh     Baxış: 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Maynts"ın qapıçısı Rene Adler karyerasını bitirmək qərarına gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunu 34 yaşlı qolkiper özü bildirib.

Adler buna səbəb kimi dizindəki zədəni göstərib. O, bu üzdən cari mövsüm bir matçda belə, meydana çıxa bilməyib. Adler axırıncı dəfə ötən ilin aprelində iştirak edib. Sabiq "Bayer Leverkuzen"li karyerasını davam etdirmək arzusunda olsa da, zədə ucbatından belə qərara gəldiyini vurğulayıb.

Qeyd edək ki, Rene Adler 2008-2013-cü illərdə Almaniya yığmasına çağırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.