İdman

Rayan Babel "Qalatasaray" yolunda

1 May 2019 19:20
0 Şərh     Baxış: 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Beşiktaş"dan ayrıldıqdan sonra "Fulhem"də aşağı liqaya düşən Rayan Babel ilə "Qalatasaray" transfer görüşmələri edir.

Milli.Az "Sky Sports"a istinadən xəbər verir ki, sarı-qırmızılılar hollandiyalı futbolçunu heyətinə qatmaq istəyirlər.

Futbolçuya 2.4 milyon avro maaşlıq 2 illik müqavilə təklif olunur. Bundan əlavə 2 milyon avro da imza pulu ödəniləcək.

Transferin rəsmiləşməsi ilə bağlı, hələ ki, heç bir xəbər verilmir.

Qeyd edək ki, Babel 2017-ci ildən 2019-cu ilin yanvar ayınadək "Beşiktaş"da oynayıb.

Əliş Abdulla
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.