İdman

"Beşiktaş" "Qalatasaray"la derbiyə böyük məbləğdə mükafat təyin etdi

1 May 2019 20:40
0 Şərh     Baxış: 1 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Beşiktaş" rəhbərliyi Türkiyə Super Liqasının XXXI turunda "Qalatasaray"la keçiriləcək oyun üçün böyük məbləğdə mükafat ayırıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, İstanbul klubu derbidə qələbə qazansa, hər futbolçu 100 min lirə mükafat alacaq. Bundan başqa, XXVIII tur çərçivəsində evdə "Başakşehir"i üstələdikləri üçün nəzərdə tutulan 60 min lirə mükafat "Qalatasaray"la oyun ərəfəsində futbolçuların hesablarına köçürüləcək.

Qeyd edək ki, 30 turdan sonra turnir cədvəlinə 62 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 60 xalla ikinci, "Beşiktaş" 59 xalla üçüncü pillədədi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.