İdman

Nurməhəmmədov cəzası bitdikdən sonra bu idmançı ilə döyüşəcək

30 Aprel 2019 19:24
0 Şərh     Baxış: 1 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UFC döyüşçüsü Həbib Nurməhəmmədovun növbəti rəqibi məlum olub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, onun rəqibi müvəqqəti çempion, amerikalı Dastin Porye olacaq.

Bu görüş sentyabrın 7-də BƏƏ-nin Əbu-Dabi şəhərində keçiriləcək UFC 242 turniri çərçivəsində baş tutacaq.

Xəbəri Həbib Nurməhəmmədovun atası və məşqçisi Əbdülmanaf Nurməhəmmədov da təsdiqləyib.

Qeyd edək ki, 25 qələbə, 5 məğlubiyyəti olan Dastin Puarye aprelin 13-də Maks Holoveyi məğlub edərək müvəqqəti çempionluq qazanıb. Onun daimi çempion olması üçün UFC-nin məğlubedilməz çempionu Nurməhəmmədovu da məğlub etməsi lazımdır.

Onu da bildirək ki, Konor Makqreqorla döyüşdən sonra Nevada ştatının Atletik Komissiyasının qərarı ilə yarışlardan doqquz aylıq kənarlaşdırılan Həbib Nurməhəmmədovun cəzası iyulun 6-da başa çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.