İdman

"Krılya Sovetov"dan Ramil Şeydayevə yeni müqavilə təklifi

30 Aprel 2019 12:45
0 Şərh     Baxış: 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Krılya Sovetov" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə yeni müqavilə məsələsini müzakirə edəcək.

Milli.Az futbol11.az-a istinadən xəbər verir ki, Samara təmsilçisi 23 yaşlı hücumçu ilə danışıqlar masasına mayın sonlarında əyləşəcək. Şeydayevin hazırkı müqaviləsi məhz cari mövsümün sonunadək nəzərdə tutulub.

Klub əslən azərbaycanlı yarımmüdafiəçi Aleksandr Səmədova bir və ya iki illik yeni müqavilə təklif edəcək. Bu, 35 yaşlı oyunçunun istəyindən asılı olacaq. Səmədovun özünün də hələ karyerasını davam etdirməkdə maraqlı olduğu bildirilir.

Ramil Şeydayevlə ötən yay 1 illik, Aleksandr Səmədovla isə bu qış yarım illik müqavilə bağlanılıb. 

Qeyd edək ki, "Krılya Sovetov" 26 turdan sonra 27 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.