İdman

"Mançester Yunayted"in 2 futbolçusu üçün mövsüm bitdi

29 Aprel 2019 17:49
0 Şərh     Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted" klubu ciddi itkiylə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın hücumçusu Markus Reşford və müdafiəçisi Erik Bayi zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Premyer Liqanın 36-cı turu çərçivəsində keçirilən "Mançester Yunayted" - "Çelsi" matçında (1:1) zədə alan hər iki futbolçunun son durumu tibbi müayinələrdən sonra bilinəcək.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşer oyundan sonra keçirilən mətbuat konfransında, hər iki futbolçu üçün mövsümün bitdiyini açıqlayıb.

"Mançester Yunayted" Premyer Liqada sona 2 tur qalmış, 65 xalla 6-cı sırada qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.