İdman

"Fənərbağça" "Bavariya" və "Real"la eyni turnirdə mübarizə aparacaq

29 Aprel 2019 15:53
0 Şərh     Baxış: 1 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Fənərbağça" futbol klubu Almaniyada təşkil olunacaq "Audi" kubokunda "Real Madrid", "Tottenhem" və "Bayern Münhen" klubları ilə qarşılaşacaq.

Milli.Az xəbər verir ki, 2018-2019 hazırlıqları çərçivəsində Münhen şəhərində keçiriləcək yarışmada türk klubu da iştirak edəcək.

30 iyulda "Bayern Münhen" - "Fənərbağça" və "Real Madrid" - "Tottenhem" yarımfinal oyunları keçiriləcək. "Bayern"in ev sahibliyi etdiyi turnirin üçüncülük və final oyunları 31 iyulda baş tutacaq.

Qeyd edək ki, oyunların biletləri "Bayern"in internet saytında 25 avrodan satışa çıxarılıb

Əliş Abdulla
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.