İdman

"Ramil Şeydayevə haqq qazandırmıram" - "Krılya Sovetov"un baş məşqçisi

29 Aprel 2019 11:06
0 Şərh     Baxış: 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Premyer Liqasının 26-cı turunda "Zenit"ə səfərdə 2:4 hesabı ilə uduzan "Krılya Sovetov"un baş məşqçisi Miodraq Bojoviç açıqlama verib.

Milli.Az sportal.az xəbər verir ki, monteneqrolu mütəxəssis qarşılaşmada qırmızı vərəqə alan Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev barədə danışıb. O, futbolçusunu günahlandırmayıb:

"İlk sarı vərəqə epizodunda Şeydayev deyil, hakim emosiyalarını cilovlaya bilmədi. Ramilə haqq qazandırmıram. Niyə də bunu edim? Sadəcə, davaya rəqib oyunçu başladı. Şeydayev heç nə etməmişdi".

Şeydayev 48-ci dəqiqədə "Zenit"in müdafiəçisi Məhəmməd Ozdoevlə mübarizə zamanı yerdə qalıb. Hakimə penalti təyin etmədiyi üçün etiraz edən Şeydayev rəqib futbolçu ilə də münaqişə edib və sarı vərəqə alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.