İdman

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin əyləncə proqramına möhtəşəm şou ilə yekun vurulub - FOTO

29 Aprel 2019 07:55
Baxış: 3 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 28-də Formula 1 SOCAR Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra "Baku Crystal Hall"da maraqlı əyləncə proqramı təşkil edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, möhtəşəm avtomobil yarışında yüksək adrenalin yaşayan azarkeşlər idman mübarizəsindən sonra gözəl musiqilərin sədası altında əyləniblər. Yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış reperlərindən olan Kardi Bi Bakı səhnəsində yer alaraq məşhur musiqi proqramı ilə Azərbaycan Qran-Prisinə yekun vurub.

"Qremmi" mükafatına layiq görülən ilk reper olan Kardi Bi əyləncəsevərlərə maraqlı gecə təqdim edib.

Formula 1 SOCAR Azərbaycan Qran-Prisi möhtəşəm şou ilə başa çatıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.