İdman

Yarış Latifinin inamlı qələbəsi ilə də başa çatdı - YENİLƏNİB - VİDEO - FOTO

28 Aprel 2019 14:14
2 Şərh     Baxış: 1 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:14

Milli.Az xəbər verir ki, yarış hazirda çempionatda ümumi siyahıya başçılıq edən Latifinin inamlı qələbəsi ilə də başa çatdı.

Bu, "DAMS" komandasının pilotunun movsumda artıq ikinci qalibiyyəti oldu.

İkinci yeri "Sauber"dən Xuan Manuel Korrea tutdu. Yarışda ən yaxşı üçüncü nəticəni isə "Campos Racing"dən Cək Aitken göstərdi.

Beləliklə, Formula 2 üzrə ikinci yarışda da yürüşü yalnız 13 pilot başa vura bildi.

----------

14:06

Milli.Az xəbər verir ki, pilotlar arasında təkər-təkərə gərgin mübarizə gedir.

Bir sıra hallarda ötmələr az qala toqquşma isə nəticələnəcəkdi. Yarışa dünənki qalıb Nikolas Latifi başçılıq edir.

---------

13:44

Milli.Az xəbər verir ki, "Trident" komandasının yarışda mübarizəsi erkən başa çatdı. Komandanın digər pilotu - Culiano Alesi də qəzasız ötüşə bilmədi. Döngədə maneəyə çırpılan Alesi daha sonra yarışı dayandırmalı oldu. 

***

Yarış bərpa edilən kimi az sonra yenidən qəza baş verdi və yenə də üçqat. Bu dəfə Yordan Kinq, Luka Qiotto və Nikita Mazepin döngədə ardıcıl maneəyə çırpılıb dayandılar. Onlar üçün də mübarizə erkən bitdi.

Yenə marşalların sarı bayraqları göründü. Yenə sessiyada fasilə...

----------

13:31

Milli.Az xəbər verir ki, yarış başlar-başlamaz elə 2-ci döngədə 4-5 bolid toqquşdu.

Onlardan Ralf Boşunq, Tatyana Kalderon və Luis Deletrasın yarışı davam etdirə bilməyəcək.

-----------

13:10

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin son, 3-cü günündə Formula 2 üzrə ikinci yarışa start verilib. 

Milli.Az xəbər verir ki, yarışda iştirak edən 20 pilot Bakı Şəhər Halqasında  təxminən 45 dəqiqə ərzində 21 dövrə vurmalıdırlar.  

Yarışda ən yaxşı adı uğrunda Luis Deletras, Nobuharu Matsuşita ("Carlin"), Nikita Mazepin, Nik de Vris ("Art Grand Prix"), Serxio Sette Kamara, Nikolas Latifi ("DAMS"), Quanyu Jou, Luka Qiotto ("Uni-Virtuosi"), Mik Şumaxer, Sean Qelael ("PREMA Racing"), Kallum İlott, Xuan Korrea ("Sauber"), Dorian Bokkolaççi, Cək Aitken ("Campos Racing"), Yordan Kinq, Manaveer Raqhunathan ("MP Motorsport"), Tatyana Kalderon, Antoni Hubert (BWT Arden), Culiano Alesi və Ralf Boşunq ("Trident") mübarizə aparır.

Qeyd edək ki, dünənki ilk yarışda ən yaxşı "Campos Racing" komandasından Cək Aitken olub. İkinci yeri "Art Grand Prix" komandasından Nik de Vris, üçüncü yeri isə "MP Motorsport"dan Yordan Kinq tutub.

İlk yarış həm də gərgin mübarizə, eləcə də təhlükəli qəzalarla yadda qalmışdı. Dünən start götürən 20 pilotdan yalnız 13-ü yarışı başa vura bilmişdi.

Bu nəticələrdən sonra Formula 2 çempionatında ümumi siyahıya 47 xalla "DAMS" komandasının kanadalı pilotu Nikolas Latifi başçılıq edir. İkinci yeri "UNI-Virtuosi"min italyan pilotu Luka Qiotto, üçüncü yeri isə "Campos Racing"in britaniyalı pilotu Cək Aitken tutur.

Ümumilikdə çempionatda Formula 2 pilotları arasında qalibin adına il ərzində hərəsində 2 yarış keçirilməklə 12 mərhələnin nəticələri əsasında aydınlıq gələcək. 

İlkin İzzət
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.