İdman

"Mən Neymarın atası deyiləm" - QALMAQAL

28 Aprel 2019 15:41
0 Şərh     Baxış: 1 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Fransa Kubokunun finalında "Renn"ə uduzan PSJ-nin ulduzu Neymarın matçdan əvvəl İtaliyanın Turin şəhərinə səfər etməsi qalmaqala səbəb olub.

İddialara görə, braziliyalı futbolçu "Yuventus"da çıxış edən həmyerlisi Duqlas Kostanın təşkil etdiyi əyləncə gecəsinə qatılıb.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, Neymarın bu davranışı ilə bağlı sual verilən PSJ-nin baş məşqçisi Tomas Tuçel özündən çıxıb: "Bununla bağlı heç bir məlumatım yoxdu. Mən onun atası, polis və ya dedektiv deyiləm. Mən baş məşqçiyəm. Dünən keçirilən məşqdə komanda ilə birlikdə idi. Mənim üçün önəmli olan budu". 

Qeyd edək ki, "Renn"lə PSJ arasında keçirilən Fransa Kubokunun oyununun əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penalti seriyasında isə "Renn" qalib gələrək (6:5) tarixində 3-cü dəfə kuboka sahib çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.