İdman

UEFA Neymara 3 oyunluq cəza verdi - İnstaqram-a görə

27 Aprel 2019 10:11
0 Şərh     Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA PSJ-nin futbolçusu Neymarı üç oyunluq cəzalandırıb.

Milli.Az qurumun saytına istinadən xəbər verir ki, buna onun Çempionlar Liqasının 1/8 finalının "Mançester Yunayted"lə cavab oyunundan (1:3) sonra özünün İnstaqram səhifəsində hakimlər haqqında təhqiramiz ifadələr işlətməsi səbəb olub. 

Beləliklə, braziliyalı oyunçu 2019/2020 mövsümündə ÇL-in qrup mərhələsinin ilk 3 oyununda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, 27 yaşlı hücumçu matçın sonuna artırılan uzatma dəqiqələrində komandasının qapısına verilən penalti qərarına sərt şəkildə etiraz etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.