İdman

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda topla hərəkətlərdə finalçılar müəyyənləşib

26 Aprel 2019 20:34
Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda topla hərəkətlərdə finalçılar müəyyənləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki, finala Arina Averian (Rusiya, 22.100 xal), Dina Averina (Rusiya 20.700 xal), Linoy Aşram (İsrail, 20.600 xal), Vlada Nikolçenko (Ukrayna, 19.900 xal), Nikol Zelikman (İsrail, 19.600 xal), Anastasiya Salos (Belarus, 19.350 xal), Viktoriya Onoprienko (Ukrayna, 19.300 xal), Yekaterian Qalkina (Belarus, 19.150 xal) çıxıblar.

Azərbaycan gimnastları topla hərəkətlərdə finala çıxmayıblar. Zöhrə Ağamirova 18.250 xalla 18-ci, Veronika Hudis isə а Вероника Гудис 17.650 xalla 21-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.