İdman

2-ci Avropa Oyunlarında Azərbaycandan daha bir karateçi iştirak edəcək

26 Aprel 2019 20:04
0 Şərh     Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21-30 iyun tarixlərində Minskdə 2-ci Avropa Oyunlarında Azərbaycandan daha bir karateçi iştirak edəcək.

Milli.Az bildirir ki, Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, Avropa Karate Federasiyasının (EKF) oyunlarla bağlı xüsusi göstəricilərə əsasən qərarı ilə, Rafiz Həsənov (-67 kq) öz çəki dərəcəsində mübarizə aparacaq 8 idmançı arasına daxil edilib.

Beləliklə 50 ölkədən 4000-dən artıq idmançının 15 növ üzrə mübarizə aparacağı 2-ci Avropa Oyunlarına 7 karateçimiz qatılacaq. Azərbaycanı Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Asiman Qurbanlı (+84 kq) və Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (-50 kq) və İrina Zaretska (-68 kq) təmsil edəcək.

2-ci Avropa Oyunlarının karate yarışları 29-30 iyun tarixlərində Minskin Çijovka-Arena kompleksində keçiriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.