İdman

Kuba səfiri: "Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları ən yüksək səviyyədə keçir"

26 Aprel 2019 19:21
Baxış: 235

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları ən yüksək səviyyədə keçir.

Milli.Az bildirir ki, bunu Trend-ə Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo deyib.

O bildirib ki, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatını izləsə də, gimnastika yarışlarında ilk dəfə iştirak edir:

"Bədii gimnastika üzrə Kuba milli komandası ilk dəfədir ki, Bakıda çıxış edir. Gimnastlarımız və məşqçi təşkilatçılıq səviyyəsinin çox yüksək olduğunu vurğulayır. Burada çox gözəl şərait yaradılıb. Hər şey ən yüksək səviyyədədir".

Səfir yaradılan şəraitə görə, Azərbaycan Gimnastika Federasiyasına təşəkkürünü bildirib.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.