İdman

Formula 1-də daha bir qəza - FOTO

26 Aprel 2019 18:27
Baxış: 1 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü zamanı növbəti qəza baş verib.

Milli.Az bildirir ki, "Toro Rosso" komandasının pilotu Danil Kvyatlın bolidi təhlükəsizlik baryerinə çırpılıb.

Nəticədə bolid trasdan evakuasiya edilib və D.Kvyatlın ikinci sərbəst yürüşü dayandırmalı olub.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir - 7,6 metr. Start və finiş xətti "Azadlıq" meydanındadır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.