İdman

Formula 1 Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü başlayıb

26 Aprel 2019 17:25
0 Şərh     Baxış: 1 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü başlayıb.

Milli.Az bildirir ki, yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda iştirak edir.

"Mercedes" komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, "Ferrari"də Sebastian Fettel, Çarles Lekler, "Williams"ın heyətində Corc Russell və Ronert Kubitsa yarışırlar.

"Red Bull Racing" komandasında Ryer Qasli, Maks Ferstappen, "Raching Point"də Serxio Peres və Lens Stroll, "Renault"da isə Niko Hulkenberq ilə Daniel Rikkardo mübarizə aparırlar. Bundan başqa, "Toro Rosso"nun heyətində Aleksandr Albon və Daniil Kvyat, "Alfa Romeo"də Antinio -Covinatsi, Kimi Raykonnen, "McLaren"də Lando Norris və Karlos Sayns yürüşdə iştirak edirlər.

Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə "Haas" komandalarını təmsil edirlər.

Yürüş iştirakçıları 1,5 saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.