İdman

Kanada gimnastı: "Milli Gimnastika Arenası ən sevdiyim gimnastika meydançalarından biridir"

25 Aprel 2019 19:07
Baxış: 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçısı, kanadalı gimnast Ketrin Uçida yarış ərəfəsində keçirilən məşqlərdən razı qalıb.

Milli.Az bildirir ki, bunu Trend-ə müsahibəsində idmançı özü deyib.

O bildirib ki, məşq zamanı bir sıra səhvlərə yol verib:

"Yaxşı ki, bu səhvləri yarış zamanı yox, məşqdə etdim. Mənim ən sevimli alətim topdur, bu alətlə çıxışlarım yaxşı alınır".

K.Uçida bildirib ki, Bakıya həm yarışlara, həm də məşqlərə tez-tez gəlib, ona görə də Milli Gimnastika Arenası onun ən sevimli gimnastika meydançalarından biridir:

"Bu arenanı çox sevirəm, buraya çox tez uyğunlaşmaq olur. Arenada gözəl şərait yaradılıb".

Qeyd edək ki, 26-28 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışı keçiriləcək. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır. Üç gün davam edəcək yarışda 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.