İdman

Ronaldu Qvardiolanı istəyir

25 Aprel 2019 20:45
0 Şərh     Baxış: 1 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın Turin klubunu çalışdırmağını istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Bildirilir ki, 48 yaşlı mütəxəssisin İngiltərə klubundakı işini bəyənən portuqaliyalı hücumçu onun İtaliya təmsilçisində işləməyinə müsbət baxır.

Xəbərdə o da qeyd olunub ki, "Yuventus"un hazırkı baş məşqçisi Massimiliano Alleqri mövsümün sonu klubu tərk edə bilər. Məhz bu səbəbdən A seriyası təmsilçisində yeni baş məşqçi danışıqları başlayıb.

Qeyd edək ki, "Yuventus" Çempionlar Liqasında mübarizəni dayandırdığı üçün klub rəhbərliyinin M.Alleqridən narazı olduğu iddia olunur. Buna görə onun 2021-ci ilin iyununda başa çatacaq müqaviləsinin daha tez - yayda ləğv edilə biləcəyi yazılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.