İdman

İkiqat Olimpiya çempionu canlı yayımda huşunu itirdi - VİDEO

25 Aprel 2019 15:59
0 Şərh     Baxış: 2 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Voleybolçu qadınlar arasında ikiqat olimpiya çempionu Jaklin Karvalyu Braziliya Superliqası matçı zamanı müsahibə verərkən huşunu itirib. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 36 yaşlı idmançı "SESI San-Paolo" və "EMS Taubate" komandaları arasında görüşün gedişində jurnalistlərə müsahibə verərkən gözlənilmədən gözlərini yumub və yıxılmağa başlayıb. 

Hətta onun kortun kənarına yıxılması səbəbindən matça bir müddət ara verilib. Ona ilkin müdaxilə edən komandalardan birinin həkimi Serjio Şavyer xanım voleybolçunun ürəyinin getməsinə zaldakı yüksək temperaturun səbəb olduğunu bildirib. Yüksək hərarət idmançının qan təzyiqini qaldırıb, nəticədə o, huşunu itirib.

Qeyd edək ki, Jaklin Karvalyu Braziliya millisinin heyətində 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi olub. Onun aktivində dünya çempionatlarının iki gümüş medalı da var. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İkiqat Olimpiya çempionu canlı yayımda huşunu itirdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.