İdman

Liverpul polisini ayağa qaldıran şifrə - İstanbul2005

25 Aprel 2019 13:19
0 Şərh     Baxış: 2 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həmin oyundan 14 il keçsə də, "Liverpul" azarkeşləri bu finalı unutmayıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Milli Kiber Təhlükəsizlik Mərkəzinin apardığı araşdırma zamanı bəlli olub ki, Liverpulun Merseyside bölgəsində yaşayan 1,5 milyon azarkeşdən 75 mini öz sosial media hesabına "İstanbul2005" şifrəsi qoyub.

Milli Kiber Təhlükəsizlik Mərkəzinin rəhbəri Kiaran Martin futbolsevərlərə bununla bağlı xəbərdarlıq edərək bildirib ki, "İstanbul2005" şifrəsindən imtina etsinlər: "Bu şifrə istifadəçilərə gələcəkdə böyük problemlər yaradacaq. Kiberhücumlar nəticəsində bank hesablarına qədər bir çox şəxsi məlumatları hakerlərin əlinə keçə bilər. Bu məsələdə diqqətli olmalıdırlar".

Milli Kiber Təhlükəsizlik Mərkəzi bununla bağlı polisə də müraciət edib. Liverpul polisi araşdırmalara başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.