İdman

"Hər şey öz əlimizdədir" - Pep Qvardiola

25 Aprel 2019 12:44
0 Şərh     Baxış: 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasında "Mançester Yunayted"i səfərdə 2:0 hesabı ilə məğlub edərək, vahid lider olan "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, ispan mütəxəssis hələ çempionluğu həll olunmadığını deyib: "Derbidə qalib gəldik. İndi səfərdə "Börnli"yə qarşı oyunumuz var. Bu oyunun nə qədər çətin keçəcəyini bilirik. Sakit olmalıyıq, hələ çempion deyilik. Həm biz, həm də "Liverpul" yaxşı mövsüm keçiririk. Hər iki komanda çempionluğa layiqdir. İki komandanın qazandığı xallar inanılmazdır. Ötən mövsüm liqada 100 xal baryerini aşmışdıq. Bu mövsüm "Liverpul" da səviyyəsini yüksəltdi və yarışa daxil oldu. İnanılmaz mövsüm keçirirlər. Ancaq hər şey öz əlimizdədir".

Sona 3 tur qalmış Premyer Liqanın turnir cədvəlinə 89 xalla "Mançester Siti" başçılıq edir. 1 xal geri qalan "Liverpul" 2-cidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.