İdman

"Mançester Siti" ilə aramızda səviyyə fərqi var" - Sulşer

25 Aprel 2019 12:09
0 Şərh     Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İlk hissədə yaxşı oynadıq. Ancaq bu, yetərli olmadı. Çox güclü bir rəqibə  uduzduğumuzu bilməliyik. "Mançester Siti" ilə aramızda səviyyə fərqi var.  Bu səbəbdən onlar birinci, biz altıncıyıq. Bunu qəbul etməliyik. Fərqi aradan qaldırmalıyıq".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer İngiltərə Premyer Liqasında "Mançester Siti"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

"İkinci hissədə iki asan qol buraxdıq. Halbuki rəqibin fərqlənməyinə imkan verməyə bilərdik. Komanda çox işləməlidir" - deyə o bildirib.

Norveçli mütəxəssis "Mançester Siti" və baş məşqçi Pep Qvardiola haqda müsbət fikirlər səsləndirib: "Qvardiola buradakı çətin olan ilk mövsümündən sonra yaxşı işlər gördü. "Mançester Sit" İngiltərənn ən yaxşı komandasıdır. Qvardiola möhtəşəm işlər görür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.