İdman

Mançester derbisini "mavilər" qazandı - VİDEO - FOTO

25 Aprel 2019 08:43
0 Şərh     Baxış: 1 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasında 31-ci turdan təxirə salınmış  iki oyun keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, son oyun günündə Mançester derbisi reallaşıb. Turnir cədvəlinin 2-ci pilləsində yer alan və lider "Liverpul"dan cəmi 2 xal geridə olan "Mançester Siti" səfərdə 6-cı sırada olan "Mançester Yunayted"lə qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.

Digər oyunda isə "Arsenal" "Vulverhempton"un qonağı olub. Meydan sahibləri "topçular"ı məğlub yola salıb - 3:1.

24 aprel

"Mançester Yunayted" - "Mançester Siti" - 0:2
Qollar: B.Silva, 54, L.Sane, 66

"Vulverhempton" - "Arsenal" - 3:1
Qollar: R.Neves, 28 (1:0), M.Doherti, 37 (2:0), D.Jota, 45+2 (3:0), Sokratis, 30 (3:1)

Qeyd edək ki, bu qələbə ilə xalını 89-a çatdıran "MS" liderliyə yüksəlib. "Liverpul" 88 xalla 2-ci, "Tottenhem" 70 xalla 3-cü, "Çelsi" 67 xalla 4-cü, "Arsenal" 66 xalla 5-ci, "Mançester Yunayted" 64 xalla 6-cıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.