İdman

Türkiyə Super Liqasında Abdullah Avcı "bomba"sı

24 Aprel 2019 14:37
0 Şərh     Baxış: 1 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abdullah Avcı mövsümün sonunda "Başakşəhər"i tərk edə bilər.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Fənərbağça" rəhbərliyi 55 yaşlı mütəxəssisi komandanın baş məşqçi postuna gətirməyi planlaşdırır.

Məlumata görə, "Fənərbağça" İdarə Heyətinin əksər üzvləri Ersun Yanalın mövsümün sonunda yola salınmasını istəyir. Bildirilir ki, son 5 turda komanda uğursuz nəticələri davam etdirsə, mütəxəssis mövsüm bitən kimi yola salınacaq və Abdullah Avcı ilə danışıqlar başlayacaq.

2014-cü ildən "Başakşəhər"i çalışdıran Abdullah Avcının isə komandası bu mövsüm çempion olmasa, istefa verəcəyi deyilir. Ona Avropadan da ciddi təkliflərin olduğu bildirilir.

Qeyd edək ki, 29 turdan sonra "Başakşəhər" 62 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədəki "Qalatasaray"ın 59, üçüncü yeri tutan "Beşiktaş"ın 56 xalı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.