İdman

“Beşiktaş”lı üçün mövsüm bitdi

24 Aprel 2019 12:16
0 Şərh     Baxış: 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Beşiktaş" klubu ciddi itkiylə üzləşib.

Milli.Az xəbər verir ki, Super Liqa təmsilçisinin futbolçusu Qari Medel zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Super Liqanın 29-cu turunda keçirilən "Sivasspor"la matçda zədələnən Medel, 4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Çilili yarımmüdafiəçi mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

Son turda "Sivasspor"u 2:1 hesabıyla məğlub edən "Beşitkaş" 56 xalla 3-cü sıradadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.