İdman

Gənc ulduzdan maraqlı açıqlama: "Ronaldu ağlaya-ağlaya gedirdi"

24 Aprel 2019 10:05
0 Şərh     Baxış: 1 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ayaks"ın gənc ulduzu Mattis de Liqt Kriştianu Ronaldu ilə bağlı açıqlama verib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu "Yuventus"un ulduzunun Çempionlar Liqasının 1/4 final mərhələsində məğlubiyyətdən sonra ağladığını bildirib:

"Ronaldu ilə forma dəyişdirmək istədim. Amma ağalayaraq paltardəyişmə otağına gedirdi. Onu bir daha görmədim. Biz isə qələbəni qeyd etməyə davam etdik".

Qeyd edək ki, "Ayaks"la "Yuventus" arasında Amsterdamda keçirilən ilk oyun 1:1 hesabı ilə yekunlaşıb. Turindəki cavab matçında isə hollandlar 2:1 hesablı qələbə qazanaraq yarımfinala çıxıblar. De Liqt cavab qarşılaşmasının 67-ci dəqiqəsində "Ayaks"ın qələbə qoluna imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.