İdman

Zidan "Real"ın rəhbərliyinə müraciət etdi

24 Aprel 2019 07:28
1 Şərh     Baxış: 1 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidan Madrid klubunun rəhbərliyindən belçikalı qapıçı Tibo Kurtuanı transferə çıxarmağı xahiş edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, məşqçi ümidlərini 2014-cü ildən klubun qapılarının qoruyan Kosta Rikalı qapıçı Keylor Navasa bağlayır.

Qeyd edək ki, Kurtua 2018-ci ilin avqust ayında İngiltərənin "Çelsi" komandasından 6 illik müqavilə imzalayaraq "Real Madrid"ə keçib. Qapıçının transferinə görə "Real" 35 milyon avro ödəyib.

Kurtua bütün turnirlərdə 32 oyun keçirib və qapısından 42 qol buraxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.