İdman

"Mərhələni keçəcəyimizə ümid edirəm" - Samir Abasov

23 Aprel 2019 21:29
0 Şərh     Baxış: 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İlk oyundan sonra fikir bildirmək çətindir. Oyun istənilən nəticəylə bitsə də, cavab qarşılaşması qalır".
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun yarımfinalının "Sumqayıt"la ilk oyunundan (0:0) sonra mətbuat konfransında deyib.

Sabiq komandası ilə matçı şərh edən çalışdırıcı qolsuz heç-heçənin onlar üçün yaxşı nəticə olduğunu bildirib: "Əsas odur uduzmadıq, əsas odur qol buraxmadıq. Ümid edirəm mərhələni keçəcəyik. Komandam bu gün səbrli futbol sərgilədi. Təəssüf ki, yaxşı oyunlarımızı yalnız qışdan sonra görürük. Uşaqlara təşəkkürümü bildirirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.