İdman

Kloppdan Mançester derbisi ilə bağlı açıqlama

23 Aprel 2019 20:04
0 Şərh     Baxış: 1 170
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un baş məşqçisi Yurgen Klopp çempionluq yarışındakı əsas rəqibləri "Mançester Siti"nin "Mançester Yuanyted"lə keçirəcəyi derbi oyunu ilə bağlı açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, alman mütəxəssis, "qırmızı şeytanlar"ın "şəhərlilər"lə oyunda uğurlu nəticə əldə edəcəyinə inanmadığını deyib:

"Mançester derbisi bizim təsir edə biləcəyimiz bir şey deyil. Üstəlik, "Mançester Yunatyed"in bu derbidəki nəticəyə təsir edə biləcəyi çox çətin görünür. Derbi çətin bir oyundur. Bizim "Mançester Yunayted"lə oyunumuz 0:0 hesabı ilə başa çatmışdı. Bəlkə də, yenə onlar üçün uğurlu nəticə qeydə alınacaq və matç 0:0 bitəcək. Amma biz heç bir halda oyuna təsir edə bilmərik. Qarşıda daha çox oyun olacaq".

"Mançester Siti"dən bir oyun çox keçirən "Liverpul" 35 matçdan sonra 88 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

"Mançester Yunayted" - "Mançester Siti"matçı aprelin 24-də, saat 23:00-da start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.