İdman

"Qəbələ" "Qarabağ"ı məğlub etdi, "Zirə" "Sumqayıt"a qarşı - YENİLƏNİB

23 Aprel 2019 18:09
0 Şərh     Baxış: 1 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:09

"Qəbələ" - "Qarabağ" oyunu başa çatıb.

Matçda Ceyms Adeniyi 71-ci dəqiqədə hesabı açıb. Oyun bu hesabla başa çatıb.

"Qəbələ" - "Qarabağ" -1:0

---------
15:05

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilir.

Milli.Az xəbər verir ki, saat 16:00-da start götürəcək "Qəbələ" - "Qarabağ" oyununa komandalar aşağıdakı heyətlərlə çıxacaq:

"Qəblə": 1. Anar Nəzirov, 34. Urfan Abbasov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 3. Voislav Stankoviç, 17. Ceyms Adeniyi, 88. Sabien Lilay, 28. Stiven Monroz, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev

Ehtiyat oyunçular: 35. Murad Popov, 5. Rasim Ramaldanov, 18. İlqar Qurbanov, 14. Cavid Hüseynov, 21. Atakora Lalavele, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 33. Vüsal Məsimov, 6. Rüstəm Nuruyev, 77. Samir Qurbanov

Baş məşqçi: Zaur Həşimov

"Qarabağ" : 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k), 9. Araz Abdullayev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 77. Donald Qerye, 19. Filip Ozobiç, 99. Reynaldo Silva, 11. Mahir Mədətov

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev , 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 8. Markos Madera, 10. Dani Kintana, 7. İnnosent Emeqara, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 71. Tural Bayramov

Baş məşqçi: Qurban Qurbanov

---------
11:02

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, final uğrunda mübarizəyə Qəbələdə start veriləcək. Şəhərin eyniadlı komandası "Qarabağ"ı qəbul edəcək. Ağdam təmsilçisi  bu mövsüm Premyer Liqada keçirilən 4 oyunun hamısında "qırmızı qaralar"a qalib gəlib. 

Günün digər oyununda isə "Zirə" "Sumqayıt"ın qonağı olacaq. Premyer Liqamızda uğursuz mövsüm keçirilən hər iki komanda kuboku qazanmaqla bunu unutdurmağa çalışır. "Zirə" tarixində ilk dəfə yarımfinalda oynayacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçı mayın 7-də keçiriləcək. 

23 aprel (çərşənbə axşamı)

16:00."Qəbələ" - "Qarabağ"
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu 
Hakim-inspektor: Anar Salmanov
Qəbələ şəhər stadionu

18:30."Sumqayıt" - "Zirə"
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
"Kapital Bank Arena"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.