İdman

ÇL-də finala çıxmağı daha asan hesab edir

23 Aprel 2019 07:45
1 Şərh     Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi"nin baş məşqçisi Maurisio Sarri İngiltərə futbolunun çətinliklərindən danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Premyer Liqanın çətin olduğunu bilirdim. Unutmayaq ki, Liqa kubokunda əvvəlcə "Liverpul"u, sonra "Tottenhem"i mübarizədən kənarlaşdıraraq finalda "Mançester Siti" ilə qarşılaşmışdıq. Məncə, Çempionlar Liqasında finala çıxmaq daha asandır".

O, məqsədlərinin ÇL-də oynamağa vəsiqə qazanmaq olduğunu vurğulayıb: "Premyer Liqada ilk 4 pillədə yer almaq çox çətindir. Bütün komandaların qalan matçları ağırdır. Avroliqada da yarımfinalda olmaq asan deyil. Hər iki turnirdə hədəflərimizə nail olmağa çalışacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.