İdman

"Spartak" Ayaz Quliyevin cəriməsini xeyriyyə fonduna köçürdü

22 Aprel 2019 19:09
0 Şərh     Baxış: 506

Rusiyanın Spartak komandası əslən azərbaycanlı futbolçusu Ayaz Quliyevin ödədiyi cəriməni xeyriyyə fonduna köçürüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının İctimaiyyətlə əlaqədar şöbəsinin müdiri Sergey Alekseyev məlumat verib.

O bildirib ki, bu fonddan olan uşaqlar Premyer Liqanın XXIV turunda Moskvada "Spartak" - "Yenisey" matçında oyunçularla birlikdə meydana çıxıblar.

Qeyd edək ki, "Spartak" - "Yenisey" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ayaz Quliyev 83-cü dəqiqədə komandasının 2-ci qolunu vurub.

23 yaşlı yarımmüdafiəçi aprelin 10-da ABŞ vətəndaşı Maykl Kou Con Eli ilə münaqişə edib və onun burnunu qırıb. Nəticədə Moskva təmsilçisi Quliyevi 5 milyon rubl məbləğində cərimələyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.