İdman

Alisson Premyer Liqada son 10 ilin ən yaxşısıdır

22 Aprel 2019 17:29
0 Şərh     Baxış: 650

İngiltərə Premyer Liqasının XXXV turunda  "Kardiff"lə qarşılaşan "Liverpul" 2:0 hesablı qələbə qazanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızılar"ın qapıçısı Alisson Beker bu mövsüm 19-cu oyununda qapısında qol görməyib.

Bu isə Premyer Liqanın son 10 ildə ən yaxşı göstəricisidir. Sonuncu dəfə 2008-09 mövsümündə "Mançester Yunayted"in qapıçısı Edvin van der Sar 21 quru oyun keçirmişdi. Alisson son 3 turda da qol buraxmasa, göstəricisini 22 matça yüksəldəcək.

Lakin braziliyalı yeni rekorda imza ata bilməyəcək. Çünki Petr Çex "Çelsi"nin çərçivəsini qoruyarkən 2004-05 mövsümündə 24 görüşdə qol buraxmamışdı. Sabiq "Liverpul"lu Pepe Reynada bu rəqəm (2005-06 mövsümü) 20 oyundur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.