İdman

Fərid Nəbiyev Çexiyada qollarına davam edir

22 Aprel 2019 17:44
0 Şərh     Baxış: 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çexiya Gənclər Liqasında pley-off mərhələsinin IV turunun oyunları keçirilib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya" klubu öz meydanında "Çeske Budejovice" ilə qarşılaşıb. 

Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb. Praqalılar rəqibinin qapısından 6 cavabsız top keçirib. Qarşılaşma Nəbiyev üçün də uğurlu alınıb. O, qələbəyə 2 qolla töhvə verib. "Qəbələ Futbol Akademiyası"nın yetirməsi komandasının 1-ci və 4-cü qollarının müəllifi olub. Fərid 68-ci dəqiqədə Kristian Trapanovski ilə əvəzlənib. 

Qeyd edək ki, bununla da yarımmüdafiəçi vurduğu qolların sayını 17-ə çatdırıb. 19 yaşlı futbolçu həm pley-off mərhələsinin, həm də çempionatın bombardiridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.