İdman

"Tarixin ən yaxşı "Liverpul"u ilə mübarizə aparırıq" - Qvardiola

22 Aprel 2019 13:49
0 Şərh     Baxış: 1 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada çempionluq yarışından danışıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, ispan mütəxəssis titul üçün tarixin ən yaxşı "Liverpul"u ilə mübarizə apardıqlarını deyib: "Çempionluq bizdən asılıdır. Hər gün bu klub üçün çalışırıq. Sona qədər mübarizə aparacağıq. Tarixin ən yaxşı "Liverpul"u ilə mübarizə aparırıq. Həyatımda gördüyüm ən yaxşı komandalardan biridir. Bundan sonra xal itirməmək lazım olduğunu bilirik. Son on ayda hər üç gündən bir oyuna çıxırıq".

Qeyd edək ki, Premyer Liqanın turnir cədvəlinə 88 xalla "Liverpul" başçılıq edir. Ehtiyatda bir oyunu olan "Mançester Siti" 86 xalla 2-cidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.