İdman

Het-trik etdi, tarixə düşdü

22 Aprel 2019 13:04
0 Şərh     Baxış: 1 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ Fransa Liqa 1-in 33-cü turunda "Monako"nu 3:1 hesabıyla məğlub edib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, sözügedən qarşılaşmada het-trik edən Paris təmsilçisinin hücumçusu Kilian Mbappe Liqa 1 tarixinə düşüb. Belə ki, 20 yaşlı futbolçu cari mövsümdə 30 qol vuraraq, Fransa çempionatlarında bu sayda qol vura bilən ən gənc futbolçu ünvanını qazanıb. Bundan əvvəlki rekord isə sabiq fransız futbolçu Herve Revelliyə aid idi.

Mbappe həm də, Fransa Liqa 1-də bir mövsümdə 30 qol vurmağı bacaran ikinci fransız hücumçu olub. Mbappedən əvvəl Jan-Pyer Papen 1989/90 mövsümündə, "Marsel" formasıyla 30 qol vurmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.