İdman

Azərbaycanlı futbolçu Bakıda döyüldü

22 Aprel 2019 10:04
2 Şərh     Baxış: 1 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu döyülüb. 

Milli.Az ONA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu N.Rəfiyev küçəsində qeydə alınıb. 
 
Belə ki, 2 nəfər naməlum şəxs xuliqanlıq zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Saşa Yunisoğlunu döyüb. Polisə bu barədə zərərçəkən özü şikayət edib. Hadisəni törədən şəxslər axtarılır. 

Qeyd edək ki, döyülən şəxs 2007-2011-ci illərdə Azərbaycan yığmasının şərəfini qoruyub (28 oyun). Sabiq müdafiəçi karyerası ərzində Azərbaycanın "İnter" (İndiki "Keşlə"), "Neftşi", "Bakılı", "MKT Araz", "Bakı", "Qəbələ", AZAL (iniki "Şüvəlan"), "Sumqayıt", "Araz Naxçıvan", "Rəvan", "Səbail", Polşanın "Diskobolia", "Poloniya" və Türkiyənin "Dənizlispor" klublarında çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.