İdman

AGF Junior Trophy-də bürünc medal qazanan Arzu Cəlilova: "Medal qazandığıma görə şadam"

21 Aprel 2019 20:35
Baxış: 283

Öz çıxışımın nəticəsindən razıyam.

Milli.Az bildirir ki, bunu Trend-ə bədii gimanstika üzrə II AGF Junior Trophy beynəlxalq turnirində iplə hərəkətlərdə bürünc medal qazanan Azərbaycan gimnastı Arzu Cəlilova deyib.

A.Cəlilova bildirib: "Bugünki yarışların nəticəsindən razı qaldım, hesab edirəm ki, pis çıxış etmədim. Finalda medal qazandığıma görə şadam. Bütün alətlərlə çıxış etməyi sevirəm, onları ayırmıram".

Gimnast qeyd edib ki, tamaşaçılar öz dəstəkləri ilə ona çox kömək edib: "Azarkeşlərin dəstəyi bizim üçün çox vacibdir. Ötən gün AGF Trophy-ni qazanmağım finalda çıxış üçün məni ruhlandırdı".

A.Cəlilova əlavə edib ki, ustalığı ildən-ilə daha da artırır: "İrəliləyiş var, artıq həm tapşırıqlar çətindir, həm də ballar yüksəkdir".

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilib. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edib.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.