İdman

"Mançester Yunayted" darmadağın oldu - 0:4!

21 Aprel 2019 19:29
0 Şərh     Baxış: 1 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasında 35-ci turun oyunları davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Mançester Yunayted" bu tur səfərdə "Everton"un qonağı olub. "Qırmızı şeytanlar" rəqibinə 0:4 hesabı ilə uduzub.

21 aprel

"Everton" - "Mançester Yunayted" - 4:0
Qollar: Rişarlison, 13 (1:0), Q. Siqurdsson, 28 (2:0), L. Din, 56, T. Uolkott, 64 (4:0)

Qeyd edək ki, "Mançester Yunayted" bu məğlubiyyətdən sonra 64 xalla 6-cı pillədə qalıb. Xallarının sayını 49-a çatdıran "Everton" isə 7-ci sıraya yüksəlib. Turnir cədvəlinə isə 86 xalla "Mançester Siti" başçılıq edir. Bir xal az toplayan "Liverpul" isə 2-cidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.