İdman

AGF Junior Trophy beynəlxalq turnirində komandalar arasında beş gürz və beş lentlə qrup hərəkətlərində qaliblər mükafatlandırılıb: Azərbaycan qızıl və gümüş medallar qazanıb - FOTO

21 Aprel 2019 17:35
Baxış: 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda, Milli Gimnastika Arenasında bədii gimanstika üzrə II AGF Junior Trophy beynəlxalq turnirində komandalar arasında beş gürz və beş lentlə qrup hərəkətlərində qaliblər və mükafatçıların mükafatlandırma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, beş gürzlə qrup hərəkətlərində Azərbaycan komandasl birinci yeri (21.500 bal), İtaliya komandası ikinci yeri (21.500), Belarus komandası (20.100 bal) isə üçüncü yeri tutublar.

Beş gürzlə qrup hərəkətlərində medal qazanan komandalara mükafatları bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvləri Aliyə Paşayeva, Diana Əhmədbəyli, Ayşən Bayramova və Zeynəb Hümmətova təqdim ediblər.

Azərbaycan komandasının tərkibi: Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Həcizadə, Millana Əkbərova və Fəridə Səfiyarzadə.

Beş lentlə qrup hərəkətlərində qızıl medalı Belarus komandası (20.450 bal), gümüş medalı Azərbaycan komandası (18.350 bal), bürünc medalı isə İtaliya komandası (17.050 bal) qazanıblar.

Beş lent ilə qrup hərəkətlərində medal qazanan komandalara mükafatları bədii gimnastika üzrə Azərbaycan yığmasının məşqçiləri Kamil Quliyev, Orxan Muradov və Ruslan Eyvazov təqdim ediblər.

Azərbaycan komandasının tərkibi: Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Həcizadə, Millana Əkbərova və Fəridə Səfiyarzadə.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.